Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağda həyata keçirilən layihələrdə türk şirkətləri fəal iştirak edir - RƏSMİ + FOTO

Baxış: 276
“Qarabağda həyata keçirilən layihələrdə qardaş Türkiyənin iştirakı, bərpa-quruculuq işlərində türk şirkətlərinin fəallığı bizi sevindirir”.
Sahibkartv.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.
“Müstakil Sanayici ve İşadamları Derneği - MÜSİAD”ın İdarə Heyətinin sədri Mahmut Asmalı, Beynəlxalq Biznes Forumunun (International Business Forum - IBF) prezidenti Erol Yarar, “MÜSİAD Azerbaycan” İdarə Heyətinin sədri Abdurrahman Uzunla görüşümüzdə dost ölkə ilə sıx əməkdaşlığımızı məmnunluqla vurğuladıq, qardaş Türkiyənin biznes dairələrinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətini müzakirə etdik”, - deyə, o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.