Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana investisiya qoyuluşu 9% azalıb

Baxış: 271
Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8 faiz azalıb.
2021-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560,2 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8,0 faiz azalmışdır.
İstifadə olunmuş vəsaitin 6 milyard 407,2 milyon manatı və ya 67,0 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 425,8 milyon manatı (25,4 faizi) xidmət sahələrinə, 727,2 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6303,6 milyon manatını və ya 65,9 faizini daxili vəsaitlər təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 388,8 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, bank kreditləri isə 6,3 faiz təşkil etmişdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.