Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elektrik enerjisi istehsalında neft ssenarisi - QİYMƏTLƏR YÜKSƏLDİ

Baxış: 453
Beynəlxalq Enerji Agentliyi (UEA), artan təbii qaz və kömür qiymətlərinin elektrik enerjisi istehsalında neft istifadəsini artıra biləcəyini və bunun qlobal neft tələbini 6 ayda cəmi gündəlik 500 milyon barel artıra biləcəyini nəzərdə tutur.
Sahibkartv.az xəbər verir ki, 2021-ci ildə neft tələbinin artmasına dair proqnozunu gündəlik 5,5 milyon barelə dəyişən UEA, 2022-ci il üzrə tələb artımı təxminini gündəlik 3,3 milyon barelə yüksəldib.

UEA, qlobal iqtisadi bərpa ilə yaşanan təbii qaz qıtlığının belə davam etməsi vəziyyətində neftdən elektrik enerjisi istehsalının daha da artacağını vurğulayıb.
Açıqlamadan sonra Qərbi Texas nefti 1% bahalaşaraq 81,40 dollara, Brent neft 1,1% bahalaşaraq 84,20 dollara çatıb (Bakı vaxtı ilə saat 13:25-ə olan məlumat).
OPEC dərc etdiyi aylıq bazar hesabatında, bu il üçün qlobal neft tələbi təxminini aşağı salıb. OPEC, təbii qaz qiymətlərindəki yüksəlişlə elektrik enerjisi istehsalı kimi sektorlarda neftə olan tələbin arta biləcəyini, lakin neftayırma zavodlarıdakı istehsalın azala biləcəyini nəzərdə tutur.
OPEC qlobal neft tələbinin artması proqnozunu bu il üçün 5,96 milyon bareldən 5,8 milyon barelə endirmiş, dördüncü rüb üçün cəmi tələb təxminini gündəlik 120 min barel yüksəldərək gündəlik 99,82 milyon barelə qaldırmışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.