Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandan Avropa ölkələrinə yun və bal ixrac ediləcək

Baxış: 259
"Hazırda Heyvanların İdentifikasiyası və Qeydiyyat Sisteminin proqram təminatının yaradılması və test sınaqlarının keçirilməsində operativliyin, o cümlədən sınaq müddətində sonrakı fəaliyyətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir".
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonalar yaradılacaq. Artıqq bununla bağlı hüquqi bazanın yaradılmasına və təşkilati işlərin görülməsinə başlanılıb:
“Sistemi tətbiq etməklə bütün heyvanları izləyə biləcəyik. Heyvanların hamısının keçirdiyi xəstəliklər, vaksinasiyası, hansı təsərrüfata aid olduğu barədə məlumatlar sistemdə əksini tapacaq. Heyvan xəstəlikləri üzərində dövlət nəzarətinin təmin olunması heyvan mənşəli məhsulların ixracının artmasına imkan verəcək. Hazırda Azərbaycandaan Avropa İttifaqı ölkələrinə qoyun yunu və balın ixrac edilməsinə icazə verilməsi üzərində iş gedir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.