Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana daha çox ukraynalı turist gələcək - FOTO

Baxış: 225
Azərbaycan Turizm Bürosu Ukraynanın Kiyev şəhərində keçirilən “Deluxe Travel Market” adlı işçi görüşündə Azərbaycanın turizm imkanlarını təbliğ edib.
Dövlət Turizm Agentliyindən Sahibkartv.az-a verilən məlumata əsasən, tədbirdə 35 şirkətlə B2B (biznesdən biznesə) formatında görüşlər keçirilib.
Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.
Sərhədlərin açılmasından sonra Ukrayna turizm şirkətlərinin Azərbaycanda işgüzar və müalicəvi turizm, ekoturizm və ekskursiyalar kimi turizm məhsullarına maraq göstərəcəyi bildirilib.
Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukraynadan Azərbaycana səfərlərə məhdudiyyət tətbiq olunur.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.