Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gömrük xətti ilə budcəyə nə qədər pul daxil olub? - RƏSMİ

Baxış: 335
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.
Sahibkartv.az-ın komitədən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin sentyabr ayında gömrük xətti ilə büdcəyə 383 191 700 manat vəsait daxil olub.
Bu, əvvəlki ayın (avqust 2021-ci il) göstəriciləri ilə müqayisədə 0,7 faiz az, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 23,6 faiz çoxdur.
Sentyabr ayı ərzində gömrük rüsumu üzrə 107 650 600 manat, ƏDV üzrə 257 783 300 manat, aksizlər üzrə 14 155 600 manat, yol vergisi üzrə 3 602 200 manat vəsait büdcəyə cəlb edilib.
İlin yanvar-sentyabr ayları ərzində gömrük xətti ilə büdcəyə 3 193 247 000 manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində büdcəyə 2 955 235 300 manat vəsait daxil edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.