Day, Month 00, Year
00: 00: 00 AM
Arıçılar tonlarla məhsulu satışa çıxara bilmirlər - VİDEO

Bu il son bal süzümü uğurla yekunlaşıb. Arıçılar məhsulun bolluğundan razı olsalar da, məhsulları həm bu il, həm də ötən ildən əllərində qalıb. 
Söhbət cənub bölgəsi üzrə satışa çıxarıla bilməyən tonlarla baldan gedir. İki ildir pandemiya ilə əlaqədar bal yarmarkaları təşkil olunmurdu. 25 sentyabrdan etibarən bal yarmarkası fəaliyyətə başlayıb. Lakin arıçılar həmin yarmarkada iştirak edə bilmədiklərindən şikayət edirlər. Onlar qeydiyyatın düzgün aparılmadığını, internet problemini, məhdud iştirakçı sayını əsas gətirirlər. 
Kəndlərdə internet zəifdir, yaşlı insanlar smartfonlardan istifadə edə bilmir. Bunlar da onlayn qeydiyyat məsələsində ciddi çətinliklər yaradır. 
Yarmarkada iştirakçı sayı hər bir iqtisadi rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən edilib. Bir arıçı yarmarkaya 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla 30 ədəd arı şanı çıxara bilər. Cənub bölgəsinin arıçıları 250 nəfərlik məhdudiyyətin aradan qaldırılmasını və qeydiyyatdan keçə bilməyənlərə şans verilməsini istəyirlər. 
Arıçıların üzləşdiyi problemlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təsərrüfatçıların üzləşdiyi çətinliklərin həll olunması məsələsi onların səlahiyyətində deyil.
Ətraflı:


Tarix: 12-10-2021, 18:11 Oxunub: 200


Bölməyə aid digər xəbərlər