Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlətin kirayə verdiyi evlərin sayı AÇIQLANDI

Baxış: 305
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Sahibkartv.az-ın məlumatına görə, 2021-ci ilin əvvəlindən bu günə qədər fond tərəfindən 4 364 borcalana 287 771 400 manat civarında ipoteka krediti verilib.
Ümumilikdə isə bu günə qədər fond 35 826 borcalana 1 927 882 453 manat məbləğində ipoteka krediti verib.
Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 1 054 mənzil satmaq öhdəliyi ilə kirayəçilərin istifadəsinə verilib.
Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən bu günə qədər dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 641 mənzil təqdim edilib.
Fondun məlumatında qeyd edilib ki, zəmanət və subsidiya mexanizmi ilə 233 878 000 manat məbləğində kredit maliyyələşdirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.