Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan startapı beynəlxalq şirkətlər ilə müqavilələr imzaladı

Baxış: 321
İstanbulun Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Teknofest” – Aerokosmik və Texnologiya Festivalı ölkəmiz üçün əhəmiyyətli nailiyyətlərlə başa çatıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görı, Azərbaycanın 10 startap və texnologiya şirkətinin iştirak etdiyi, həmçinin texnoloji məhsul və həllərin nümayiş olunduğu Milli Pavilyonu sərgi ziyarətçilərinin xüsusi marağına səbəb olub. Tədbir ərzində Azərbaycan Pavilyonu 40 mindən çox iştirakçı tərəfindən ziyarət edilib.
Kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edən startaplarımız arasında uğura imza atanlar olub.
Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin rezident startaplarından biri investorların diqqətini cəlb edib. Virtual reallıq əsasında qurulmuş kompleks təlim qurğusu – “Zərbə” startapı simulyatorların istehsalı ilə bağlı “Fix Defence” şirkəti ilə müqavilə imzalayıb. Eyni zamanda “Baykar” şirkəti ilə dronların sistemə inteqrasiyası ilə bağlı razılıq əldə olunub.
Azərbaycan Pavilyonunun layihə meneceri, “Viasteller” startapının rəhbəri Mübariz Abdullayev isə kiçik peyklərin dizaynı və yığılması ilə bağlı tələbələrə təlimlər keçmək üçün İstanbul Texniki Universiteti və Zonquldak Bülent Ecevit Universitetindən dəvət alıb.
Tədbir, həmçinin digər startaplar üçün beynəlxalq şirkətlərlə tanışlıq və əməkdaşlığın qurulması baxımından faydalı keçib.
Qeyd edək ki, “Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.