Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Veysəloğlu Şirkətlər Qrupu əmək bazarının tələblərinə uyğun gənc kadrlar yetişdirir

Baxış: 346
Veysəloğlu Şirkətlər Qrupunun təşkil etdiyi “Veysəloğlu ilə İlk Addım-3” (“VİA”) təcrübə proqramı çərçivəsində iştirakçılar müxtəlif bizneslərdə təcrübələrini davam etdirirlər.
Layihənin əsas məqsədi gənclərin universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmələrinə imkan yaradaraq müasir əmək bazarının tələblərinə uyğun gənc kadrların yetişdirilməsinə dəstək olmaqdır.
Təcrübəçilər Veysəloğlu Şirkətlər Qrupuna daxil olan“Veysəloğlu” MMC, “ARAZ” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” şokolad fabriki “Xonça” şirniyyat evi və “AVT Logistika” MMCşirkətlərində iş prosesi ilə yaxından tanış olublar.
Gənclər təcrübə zamanı pərakəndə sektorunun fəaliyyəti, istehsalatın satış, marketinq və planlama, məhsulun hazırlanmasından müştəriyə çatdırılmasına qədərki prosesi yaxından izləyə biliblər.
5 ay davam edəcək proqram müddətində onlar Şirkətlər Qrupu və Qrupa daxil olan şirkətlərin ofislərində, mağazalarında və sahədə təcrübələrini davam etdirir, texniki və qeyri-texniki bacarıqlarını artıra biləcəkləri təlimlərə cəlb edilirlər. Sonda layihə iştirakçılarına çalışmaq istədikləri strukturu seçmək imkanı verilir.
27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.