
Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqları açıqlanıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin yanvar-iyul aylarında əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 0,1 faiz azalıb və 948 manatı təşkil edib.





































