Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hesablama Palatası dövlət qurumunda yoxlamaları yekunlaşdırdı - FOTO

Baxış: 315

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə qurumda kollegiya iclası keçirilib.
Palatadan Sahibkartv.az-a verilən məlumata görə, iclasda Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri Sadiq Qurbanov da iştirak edib.
İştirakçılar bu ilin İş Planında nəzərdə tutulmuş “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarəedilməsi fəaliyyətinin qiymətləndirilməsi üzrə” nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatını müzakirə edərək müvafiq qərar qəbul edib, eləcə də Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı cari məsələlərə baxıb.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.