Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fitch: Qazın qiyməti rekord qırmaqda davam edə bilər

Baxış: 294
Bu gün Avropada tarixində ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları keçən qazın qiyməti, soyuq bir qış və bazarda qaz çatışmazlığı vəziyyətində yüksəlməyə davam edə və yeni rekordlar qıra bilər.
Sahibkartv.az xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin təbii ehtiyatlar və əmtəələr üzrə qrupunun baş direktoru Dmitri Marinçenko TASS -a müsahibəsində bildirib.
"Qaz qiymətləri və istehlakçılar üçün əsas sınaq qışda olacaq - soyuq hava və fiziki qıtlıq vəziyyətində qiymətlər indikindən daha da bahalaşa bilər", - Marinçenko deyib.
Marinchenko qeyd edib ki, Avropadakı qaz qiymətlərinin artmasına yaxınlaşan istilik mövsümü və qış təsir edə bilər. Əlavə olaraq, "qiymət artımı, LNG üçün Avropa və Asiya alıcıları arasında davam edən rəqabəti, Avropa qaz anbarlarının doluluğunun azlığını və Avropaya ən böyük qaz tədarükçülərindən, ilk növbədə, "Gazprom"dan gələn tədarükün qeyri -kafi artımını əks etdirir".
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında, ticarətin açılışında Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları keçib. Oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1031,3 dollara qədər yüksəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.