
Gümüşün qiyməti, dolların bahalşaması ilə bir ilin ən aşağı səviyyəsinə gerilədi.
Qlobal birjalarda spot gümüşün qiyməti 4,6%-ə qədər düşərək unsiyası 21,42 dollara geriləyib.
Sahibkartv.az xəbər verir ki, bu, 2020-ci ilin İyul ayından bu yana ən aşağı səviyyədir.
Ağ metal bir ilin ən yüksək aylıq ucuzlaşmasına doğru irəliləyir.
ABŞ Mərkəzi Bankı Fed-in keçən həftə istiqraz alışının azaldılmasının yaxında reallaşa biləcəyinə dair siqnal verməsinin ardından güclənən dollar, sərmayəçilər üçün qiymətli metallara olan tələbi azaldır.





































