Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə Dollar 9 lirəyə daha da yaxınlaşdı - TÜRK LİRƏSİ UCUZLAŞIR

Baxış: 377
Dollar/Türk Lirəsi (TL) məzənnəsi Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 23 Sentyabr 2021-ci il tarixində pul siyasəti faizini 1,00 bənd azaltdığı barədə qərarını açıqlandıqdan sonra yüksəlməkdə davam edir. 
Sahibkartv.az xəbər verir ki, bu gün Dollar/Türk Lirəsi (TL) məzənnəsi 8,9464-ü test edərək bütün zamanların ən yüksək səviyyəsini görüb.
Bakı vaxtı ilə saat 21:46-da Dollar/TL məzənnəsi 0,63% artıma 8,9314 lirədən əməliyyat olunub.
Xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyəti Mərkəz Bankı pul siyasət faizini 1,00 faiz bəndi endirərək 19%-dən 18%-ə salıb. Bazarın gözləntisi faizin 19%-də sabit saxlanacağı istiqamətində idi.
Türkiyə Mərkəzi Bankının Avqust ayında bazar iştirakçıları ilə apardığı sorğuya görə, 2021 ilin sonu üçün dollar/TL proqnozu 8,94 Türk Lirəsi, 12 ay sonra üçün isə 9,37 Türk lirəsidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.