Day, Month 00, Year
00: 00: 00 AM
Ford-un 118 illik tarixində ən böyük istehsal sərmayəsi

ABŞ-ın böyük avtomobil istehsalçılarından biri olan Ford, Cənubi Koreyadan ortağı "SK Innovation" ilə ABŞ-da 3 batareya zavodu və elektrikli "F-Series" yük avtomobilləri üçün montaj təsisi qurmaq məqsədilə 11,4 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırır.
Sahibkartv.az Ford-un yaydığı açıqlamaya istinadən xəbər verir ki, söz mövzusu sərmayənin Ford-un 118 illik tarixindəki ən böyük istehsal sərmayəsi olacağı qeyd edilib.
Açıqlamada, Fordun ABŞ-ın Tennessee ştatında quracağı meqa kampus və Kentucky ştatında quracağı 2 batareya zavodu ilə ölkənin elektrikli vasitələrə keçidinə liderlik edəcəyi vurğulanıb.
Şirkətin elektrikli vasitələrə birdəfəyə indiyə qədərki ən böyük sərmayəsini etməyi planlaşdırıldığına diqqət çəkilən açıqlamada, 11,4 milyard dollarlıq sərmayə qoyulmasının və təxminən 11 min nəfərə yeni məşğulluq yaradılacağı qeyd edilib.
Avtomobillərin 40-50%-inin  tamamilə elektrikli olması hədəflənir
Açıqlamada, Tennessee ştatının qərbində təxminən 15 min 540 hektar bir ərazidə "Blue Oval City" olaraq adlandırılan kompleks tikiləcəyi və burada yeni nəsil elektrikli "F Series" yük avtomobilləri ilə inkişaf etmiş batareyaların istehsal ediləcəyi qeyd edilib.
Kentucki ştatında isə 2 batareya müəssisəsindən ibarət  "BlueOvalSK" Batareya Parkının tikiləcəyi qeyd edilən açıqlamada, yeni elektrikli vasitələrin və inkişaf etmiş lityum iyon batareyaların istehsalına 2025-ci ildə başlanacağı  bildirilib.
Açıqlamda, Ford-un 2030-cu ilə qədər istehsal etdiyi avtomobillərin 40- 50%-inin tamamilə elektrikli olmasının gözlənildiyi məlumatına yer verilib


Tarix: 29-09-2021, 23:31 Oxunub: 132


Bölməyə aid digər xəbərlər