Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məşhur bank neft qiyməti proqnozunu artırdı - 90 DOLLAR

Baxış: 278
Qlobal investisiya bankı "Goldman Sachs", İda qasırğasının OPEC+un iyul ayından bu yana artırdığı istehsal həcmini kompensasiya edəcək şəkildə istehsalı axsatması və OPEC+a daxil olmayan ölkələrdə neft istehsalının azalması ilə əlaqədar olaraq neft qiymətləri proqnozunu yüksəldib.
Sahibkartv.az xəbər verir ki, neft bazarında kəsirin gözləniləndən daha böyük olduğunu qeyd edən "Goldman Sachs", koronavirusun Delta variantına baxmayaraq qlobal neft tələbinin sürətlə bərpa olunmağa davam etməsinin qiymətləri dəstəklədiyini vurğulayıb.
Qışda neftə tələbin daha artacağını qeyd edən "Goldman Sachs", 2021-ci ilin sonu üçün Brent neftin qiyməti proqnozunu 80 dollar/barel səviyyəsindən 90 dollar/barelə qaldırıb.
2023-cü il üçün neft qiyməti proqnozunu da artıran "Goldman Sachs", 65 dollar/barel olan təxminini 85 dollar/barelə yüksəldib.
Qeyd edək ki, hazırda Brent nefti 79 dollardan yüksək qiymətlərə ticarət olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.