Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dəmir filizi yenidən sürətlə bahalaşır

Baxış: 197
Dəmir filizi qiymətləri, bəzi polad istehsalçılarının anbarlarını artırmağa başlamaları ilə əlaqədar olaraq tonu 120 dollar səviyyəsini keçib.
Sahibkartv.az xəbər verir ki, dəmir filizi Sinqapur bazarında  9%-dən çox bahalaşıb.  
İstehsal müəssisələri Çindəki tətildən əvvəl anbarlarını da artırırlar. Bununla bərabər, Çində "Evergrande"in ola biləcək batışına hazırlıq da qeyri-müəyyənliyi artırır.
Qiymətlər, keçən həftə 90 dollar/ton səviyyəsinə düşdükdən sonra, ardıcıl beş gündür yüksəlir.
Polad istehsalında istifadə edilən dəmir filizi, son aylarda Çinin karbon emissiyası ilə mübarizə məqsədilə istehsalı keçən ilin rekord səviyyəsindən aşağı saxlaması ilə əlaqədar olaraq bahalaşıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.