18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
“Biz bir dəfə üçtərəfli görüş keçirdik. Bu ilin əvvəlində - yanvar ayında Moskvada üçtərəfli görüş gerçəkləşdirildi. Bu görüşdə, əsasən, müharibə sonrası müddətlə bağlı məsələlər müzakirə edildi, çünki müharibənin bitməsindən iki ay keçmişdi”.
Bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində qısa müddətdə Putin və Paşinyanla üçtərəfli görüş gözlənilməsi ilə bağlı suala cavabında deyib.
Dövlət başçısı bundan sonra ölkə rəhbərləri səviyyəsində üçtərəfli görüş keçirilmədiyini söyləyib: “Lakin Baş nazirlərin müavinlərindən ibarət işçi Qrupu yaradıldı. Bu qrupda ilk olaraq Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı işlər aparıldı. Lakin iyunun əvvəllərində Ermənistan seçkilər səbəbindən qrupun işində iştirakını dayandırdı. İyunda orada seçkilər keçirildi və İşçi qrupu avqustda yenidən bir araya gəldi. Gələn ay yenə görüşəcəklər. Bu qrupun əhəmiyyətli bir format olduğunu düşünürəm, çünki hələlik nəticə olmasa da, bir təmas var. Təmas indiki durumda lazımlı vasitədir və təmaslarla bir çox məsələ həll oluna bilər.
Biz Zəngəzur dəhlizinin yaradılması istiqamətində Azərbaycanda geniş miqyaslı işlərə başladıq. Zəngilana dəmiryolu və avtomobil yolu çəkilir, hava limanı inşa olunur. Bizim öz ərazimizdəki işləri 2 ilə bitirəcəyimizi düşünürəm, çünki burdakı işlərin həcmi çox böyükdür. Ermənistan ərazisindəki dəmiryolu və avtomobil yolunun uzunluğu 40 km-dir. Bu, 1 il və ya 1 yarıma çəkilə bilər. Biz bunu gözləyirik”.
Bölməyə aid digər xəbərlər