Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəqəmsal şirkətlərə vergi 2022 -də Fransaya yarım milyard avro gətirə bilər

Baxış: 224
Ən böyük rəqəmsal korporasiyaların fəaliyyətinə vergi qoyulması Fransa xəzinəsinə 2022-ci ildə təxminən 518 milyon avro gəlir gətirə bilər.
Sahibkartv.az xəbər verir ki, bu, Çərşənbə günü ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinin internet saytında yayımladığı büdcə layihəsində bildirilib.

Layihədə qeyd edilib ki, bu vergi artıq Fransanın 2019-cu ildə 277 milyon, 2020-ci ildə daha 375 milyon avro qazanmasına imkan verib və bu il gəlirlərin 358 milyon avro olacağı proqnozlaşdırılır.
Fransa 2019-cu ilin iyul ayından ən böyük rəqəmsal şirkətlər - Google, Apple, Facebook və Amazon tərəfindən ölkədə əldə edilən gəlirlərə 3 faizlik vergi tətbiq edir. İndi bu milli verginin beynəlxalq vergi ilə əvəzlənməsi gözlənilir. Onun dərəcəsi gəlirin ən azı 15%-ni təşkil edəcək.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, artıq dünyanın 130 ölkəsi rəqəmsal korporasiyaların fəaliyyətinə 15% vergi nəzərdə tutan beynəlxalq vergi islahatının yeni çərçivəsinə qoşulduqlarını elan ediblər. G20 ölkələrinin maliyyə nazirləri iyulun əvvəlində keçirdikləri toplantıda bu islahat layihəsini təsdiq ediblər. Verginin 2023-cü ildən tətbiq oluna bilməsi üçün islahatın son parametrləri OECD -də danışıqlar yolu ilə hazırlanmalıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.