Day, Month 00, Year
00: 00: 00 AM
Neft ehtiyatları 2018-dən bu yana ən aşağı səviyyədə - QİYMƏTLƏR ARTIB

Neft qiymətləri, ABŞ-da anbarlarda xam neft ehtiyatlarının 2018-ci ildən bu yana ən aşağı səviyyəyə geriləməsilə əlaqədar olaraq yüksəlib.
Sahibkartv.az xəbər verir ki, hökumətin açıqladığı rəsmi məlumatlara görə, xam neft ehtiyatları keçən həftə 3,48 milyon barel azalaraq 414 milyon vedrəyə düşüb.  

Avropada təbii qaz çatışmazlığı və qiymətlərin yüksəlməsi sərmayə banklarını neftə dair proqnozlarını yenidən nəzərdən keçirmələrinə gətirib çıxarır. "Goldman Sachs"a görə, əgər bu qış "normaldan daha soyuq keçsə" neft qiymətləri 85 dollara qədər yüksələ bilər. Bankın mövcud ilsonu təxmini 80 dollar səviyyəsindədir.
Banka görə, Avropadakı təbii qazın bahalaşması alternativ qaynaqlara, həm də xam neftə tələbi artıracaqdır.  Ida qasırğasından sonra ABŞ-ın Meksika Körfəzi sahilindəki neftayırma zavodlarında yaşanan problemlər də qiymət artımına səbəb ola bilər.
Bakı vaxtı ilə saat 09:20-də Brent nefti 2,7% bahalaşma ilə 76.38 dollardan, Qərbi Texas nefti də 2,7% artımla 72.39 dollardan ticarət olunub.


Tarix: 23-09-2021, 08:30 Oxunub: 165


Bölməyə aid digər xəbərlər