Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Belarus ilk dəfə Azərbaycandan kartof idxal edib

Baxış: 341
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Belarusa kartof tədarük edən əsas ölkələr sırasına daxil olub.
"EastFruit" analitik platformanın yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə Ukrayna 15,5 min ton ixracla Belarusa ən çox kartof tədarük edən ölkə olub.
Belarusa il dəfə kartof tədarük edən əsas ölkələr sırasında həmçinin Rusiya, Azərbaycan, Şimali Makedoniya, Misir və Almaniya yer alıb.
Maraqlısı budur ki, Belarus ilk dəfədir kartof idxal edir. Belə ki, ölkə kartof idxalçısı kimi deyil, əsas ixracatçı kimi tanınır. Belarusa kartof idxalının səbəbi ölkə daxilində bu məhsulun qiymətinin yüksək olmasıdır. Son bir həftə ərzində (13-19 sentyabr) Belarusda 1 kq kartofun qiyməti 0,30 dollara çatıb. Bu, Rusiya Federasiyası istisna olmaqla, bölgənin bütün digər ölkələri ilə müqayisədə ən yüksək qiymətdir.
"EastFruit"in məlumatına görə, hazırda Belarusda kartof ilin bu vaxtında adi haldan 70% baha satılır. Bir qayda olaraq, sentyabrın ortalarında Belarusda 1 kq kartofun topdan satış qiyməti 0,15-0,19 dollar təşkil edir.
Kartof qiymətlərinin yüksək olmasının əsas səbəbi yay quraqlığına görə 2021-ci ildə istehsalın həcmi ilə bağlı yaranan narahatlıqlardır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.