Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 16 % artıb

Baxış: 225
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycanla 689,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
Son 1 ildə Gürcüstanın Azərbaycana ixracının dəyəri 22,1 % artaraq 347 milyon dollar, Azərbaycandan idxalının dəyəri isə 4,2 % artaraq 342,4 milyon dollar təşkil edib.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində 7,9 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub. Ölkəmizin Gürcüstanın ixracında payı 13,3 % təşkil edib ki, bununla da digər əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yerdə qərarlaşıb. Azərbaycanın Gürcüstanın idxalında payı isə 5,6 % olub ki, bununla da digər əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V sırada yer alıb

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.