Day, Month 00, Year
00: 00: 00 AM
Rusiyadan Çinə neft idxalı 30,4% artaraq 25,1 milyard dollara çatıb


Yanvar-avqust aylarında Çinin Rusiyadan aldığı neftin dəyəri illik 30,4% artaraq 25,1 milyard dollara çatıb. Bu barədə bazar ertəsi Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.Sahibkartv.az-ın məlumatına görə, Agentliyin saytında dərc edilmiş statistikadan belə çıxır ki, idxalın dəyər baxımından artmasına baxmayaraq, səkkiz ay ərzində Rusiyadan Çinə idxal olunan neftin fiziki həcmi 7,3% azalaraq 52,92 milyon tona düşüb.
Yayımlanan məlumatlara görə, Çinə neft tədarük edən aparıcı ölkələr arasında Rusiya ikinci yerdədir. Çinə yanvar-avqust aylarında ən çox neft satan ölkə 27,26 milyard dollarlıq olmaqla Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanından neft idxalı fiziki baxımdan 4,8%, dəyər baxımdından 47% artıb.
Rusiyanın ardınca İraq (16,75 milyard dollarlıq 36,6 milyon ton), Oman (13,89 milyard dollarlıq 29,94 milyon ton) və Anqola (12,38 milyard dollarlıq 26,13 milyon ton) gəlir. ABŞ onuncu yeri tutmağa davam edir (4,73 milyard dollarlıq 9,94 milyon ton).
Rusiya 2020-ci ildə Çinə ən böyük neft tədarükçüləri siyahısında Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutub. 12 ay ərzində Pekin Moskvadan təxminən 27,6 milyard dollara 83,4 milyon tondan çox neft alıb. Bu dövrdə Çin Səudiyyədən 28 milyard dollarlıq 84,9 milyon ton neft alıb


Tarix: 20-09-2021, 23:23 Oxunub: 107


Bölməyə aid digər xəbərlər