Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Qara qızıl” ucuzlaşmağa davam edir Meksika

Baxış: 218
Dünya bazarlarında neft qiymətləri son günlərdə ardıcıl olaraq azalır.Sahibkartv.az xəbər verir ki, ötən cümə günü 33 sent dəyərdən düşən Brent markalı neftin qiyməti yeni iş həftəsinin ilk saatlarında əlavə 0,6% ucuzlaşaraq, 1 barelə görə 74,86 dollar təşkil edib. Qərbi Texas (WTI) neftinin bir bareli isə 71,42 dollara təklif olunur (0,8%, yaxud 55 sent ucuzlaşma).
Neftin ucuzlaşması ABŞ dollarının digər aparıcı valyutalar qarşısında son üç həftədə dəyər qazanması və ABŞ-da aktiv neft buruqlarının sayının artması fonunda baş verir. Baker Hughes-ın məlumatına görə, hazırda aktiv neft quyularının sayı 9 ədəd artaraq, 512-yə çatıb ki, bu da 2020-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.Bununla belə, ABŞ-da hasilat səviyyəsi azalıb. Cümə günü Meksika körfəzində hasilat 23%, yaxud günə 422 min barel daha az olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.