Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi Bankdan müştərilərə yeni imkanlar yaradan QƏRAR

Mərkəzi Bankın İdarə Heyətinin 31 avqust 2021-ci il tarixli qərarı ilə “İnvestisiya şirkətləri tərəfindən investisiya əməliyyatlarının həyata keçirilməsi qaydası” və “Marja ticarəti qaydası” təsdiq edilib və 14 sentyabr 2021-ci il tarixindən qüvvəyə minib.
Qurumdan Sahibkartv.az-a verilən məlumata əsasən, “İnvestisiya şirkətləri tərəfindən investisiya əməliyyatlarının həyata keçirilməsi qaydası”na edilmiş dəyişikliklərə əsasən müştərilərlə elektron qaydada müqavilənin bağlanması və müştəri hesablarının (depo hesabı və marja hesabı) məsafədən açılması imkanı yaradılıb.
Qaydada qiymətli kağızların yerləşdirilməsi üzrə anderraytinq xidmətinin birdən artıq investisiya şirkəti tərəfindən birgə təklif edilməsi imkanı müəyyən edilib. Bu dəyişiklik investisiya şirkətlərinin anderraytinq üzrə imkanlarının birləşdirilməsinə və ümumi emissiyaların məbləğinin artırılmasına imkan verəcək. Həmçinin, fərdi investorlar portfelinin idarə edilməsi, investisiya məsləhətinin verilməsi və digər investisiya xidmətlərinə dair tələblər beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib.
“Marja ticarəti Qaydası”na edilmiş dəyişikliklərə əsasən fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə peşəkar və institusional investorlara dair kredit hədlərinə yenidən baxılıb, peşəkar investorlar üzrə tələblər təkmilləşdirilib, adi investorlar üzrə isə kredit hədləri beynəlxalq standartlara uyğun olaraq fərq müqavilələrinin volatilliyi nəzərə alınmaqla differensiallaşdırılıb.
Qaydada həmçinin foreks əməliyyatları üzrə investisiya şirkətlərinə dair informasiya texnologiyaları üzrə tələblər, investorların hüquqlarının müdafiəsi və risklərə dair məlumatlandırılması ilə bağlı mexanizmlər müəyyən edilib.


Tarix: 20-09-2021, 16:21 Oxunub: 123


Bölməyə aid digər xəbərlər