Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Baxış: 318
Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” münasibəti ilə SOCAR rəhbərliyinin nümayəndələri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
SOCAR-dan Sahibkartv.az-a verilən məlumata görə, şirkət nümayəndələri milli dövlətçiliyimizin möhkəmlənməsində, iqtisadiyyatımızın inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.
SOCAR rəhbərliyinin nümayəndələri Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.