Day, Month 00, Year
00: 00: 00 AM

Avropada təbii qazın qiyməti 800 dolların üzərində qalıb

Avropada təbii qazın qiyməti Sentyabrın 17-də ticarətin sonunda 1000 kubmetr üçün 800 dollardan bir qədər yüksək səviyyədə sabitlənib (Bir əvvəlki gün 730 dollaradək düşmüşdü).
Sahibkartv.az xəbər veir ki, bu, ICE birjasının məlumatlarından məlum olur.
Oktyabr fyuçerslərinin qiyməti  1000 kubmetr üçün 803 dollara çatıb və ticarət bağlanıb.
Sentyabrın 15-də keçirilən hərraclarda qazın qiyməti 150 dollar artmış, bir neçə dəfə tarixi rekord qırmış və 1000 kubmetrə 970 dollara çatmışdı. Lakin ticarətin bağlanması ilə qiymət 1000 kubmetr üçün təxminən 800 dollara düşmüşdü.
Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller bildirib ki, Avropanın yeraltı anbarlarına qaz vurulmasının artması, eyni zamanda təbii qaza tələbatın artması ilə Avropada təbii qaz qiymətləri yeni rekordlar qıra bilər.
Mütəxəssislər, Avropada qazın qiymətinin 1000 kubmetr üçün 1000 dollara çata biləcəyini etiraf etdilər. 
"Qazprom" şirkətinin Ukrayna uzərindən qaz nəqlini azaltması, "Şimal axını 2" qaz kəmərinin işə düşməsinin gecikməsi, mayeləşdirilmiş təbii qazın qiymətlərin daha yüksək olduğu Asiya bazarlarına göndərilməsi də Avropada qaz qiymətlərini yüksəldir.
Avropada yanacağın qiyməti Asiyadakı qaz bazarındakı vəziyyətdən, Avropadakı havadan və "Şimal axını 2" qaz kəmərinin işə salınma vaxtından asılı olacaq.


Tarix: 18-09-2021, 18:28 Oxunub: 104


Bölməyə aid digər xəbərlər