Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünyada hər il bir milyard ton qida atılır

Baxış: 182
Dünyada hər il atılan qidanın həcmi 1 milyard tona çatır. 
Sahibkartv.az xəbər verir ki, bu məlumat, İtaliyanın kənd təsərrüfatı istehsalçıları birliyi "Coldiretti"nin, G20 kənd təsərrüfatı nazirlərinin Florensiyada görüşünün başlaması münasibətilə yayımladığı məlumatda qeyd edilib.
Mütəxəssislərin fikrincə, atılan ərzaq miqdarı istehsal olunan məhsulun 17% -ni təşkil edir. 
Adambaşına atılan ərzaq miqdarına görə, Səudiyyə Ərəbistanı (adambaşına 105 kq), ABŞ (adambaşına 59 kq), İtaliya (adambaşına 67 kq) öndədirlər. Ən çox qida məhsulları ailələr tərəfindən atılır - alınan ərzaq məhsullarının orta hesabla 11%-i. Yeməkxanalarda isə yeməyin 2-5% -i atılır.
"Coldiretti", "2020 -ci ildə dünyada yetərincə qidalanmayan insanların sayının 2,37 milyarda çatdığını nəzərə alsaq bu vəziyyət absurddur", - vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.