Cari il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645 min 189 təşkil edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Marja-ya bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artıb və 32 min 585-ə çatıb.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177 min 274-ə çatıb.





































