Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropada qazın qiyməti yenidən yüksəldi

Baxış: 288
Sentyabrın 17-də hərrac zamanı Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib. Halbuki, dünən qiymət 730 dollaradək düşümüşdü.
Sahibkartv.az xəbər verir ki, bu ICE birjasının məlumatlarından məlum olur.
Oktyabr fyuçers müqaviləsinin dəyəri 1000 kubmetr üçün 803.85 dollara və ya MWh başına 65.995 avroya (ICE qiymətləri MWh başına avro ilə təqdim olunur) çatıb.
Sentyabrın 15-də keçirilən hərracda qazın qiyməti 150 dollar artmış, bir neçə dəfə tarixi rekordu qırmış və 1000 kubmetri 970 dolları görmüşdü.
Ekspertlər, Avropada qazın qiymətinin 1000 kubmetr üçün 1000 dollara çata biləcəyini etiraf etdilər. 
Yanacağın qiyməti Asiyadakı qaz bazarındakı vəziyyətdən, Avropadakı hava şəraitindən və "Şimal axını 2" qaz kəmərinin işə salınma vaxtından asılı olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.