11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
13:07 / 20-11-2024
13:02 / 20-11-2024
12:57 / 20-11-2024
12:45 / 20-11-2024
12:41 / 20-11-2024
11:09 / 20-11-2024
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar "Yaşıl”, "Qırmızı”, "Sarı”, "Bənövşəyi” və "Mavi” xətlərdir. Bütün stansiyaların tikintisinin 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulub”.
Sahibkartv.az Modern.az-a istinadla xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq, "28 May” stansiyasındakı kimi bir-biri ilə kəsişməyəcək
"Xətlərin ayrılması həm də Bakının Baş Planının tərkib hissəsidir”.
B.Məmmədov deyib ki, hazırda "Yaşıl xətt” "Xətai” stansiyasından başlayaraq "Dərnəgül” stansiyasınadək davam edir:
"Bu iki xətt - "Qırmızı" və "Yaşıl" xətlər bir-birindən ayrılandan sonra "Dərnəgül”dən "Gənclik”ə birbaşa getmək olmayacaq. Mütləq "Cəfər Cabbarlı” stansiyasından "28 May”a keçid edib digər qatara minib getmək lazım gələcək.
"Xətai” stansiyasından sonra "Ağ şəhər”də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Ümumilikdə, Nobel prospekti boyunca "Xətai”dən sonra 3 stansiya olacaq. Gələcəkdə isə "Həzi Aslanov-2”dən sonra birbaşa yenidən "Dərnəgül”ə qədər stansiyalar tikiləcək və "Yaşıl xətt” dairəvi olacaq. Ümumilikdə, "Yaşıl xətt” boyu 10 keçid stansiyası olacaq”.
Metropoliten rəsmisinin sözlərinə görə, hazırda metronun "Qırmızı xətt”i "İçərişəhər” stansiyasında başlayır və "Həzi Aslanov”da bitir:
""Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə əsasən, "Qırmızı xətt” Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Yəni gələcəkdə "İçərişəhər”dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək.
Bununla yanaşı, "Bənövşəyi xətt”də Heydər Əliyev adına İdman və Konsert Kompleksinin arxasında, Tbilisi prospektinə paralel Cəlil Məmmədquluzadə küçəsində B-4 stansiyası tikiləcək. Hazırda stansiyanın inşasının fəal dövrü başlamaq üzrədir və müvafiq hazırlıq tədbirləri yekunlaşdırılıb. "Bənövşəyi xətt” üzrə ümumilikdə 1-i yerüstü olmaqla, 13 stansiya və bir depo olacaq.
"Bənövşəyi xətt” Xocəsən qəsəbəsindən başlayaraq "Xətai” stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq. Xocəsəndə yerüstü stansiyanın inşası planlı şəkildə davam edir və 2022-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub.
"Mavi xətt” isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və Ramana qəsəbəsində bir depo olacaq.
Beşinci, "Sarı xətt” isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinin yaxınlığına kimi uzanacaq yeni "Sarı xətt”in üzərində 11 stansiyanın tikilməsi planlaşdırılır”.
Bölməyə aid digər xəbərlər