Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Şimal axını-2" kəmərinin tikintisi tam başa çatıb

Baxış: 293
"Şimal axını-2" qaz boru kəmərinin tikintisi tam başa çatdırılıb.
Bu barədə "Qazprom" şirkətinin açıqlamasında deyilir.
Qeyd olunur ki, kəmərin tikintisi bu gün (10 sentyabr) səhər başa çatıb.
"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.
"Qazprom" kəməri bu ilin sonuna istismara vermək niyyətindədir.
Şirkətin məlumatına görə, "Şimal axını-2" kəməri ilə cari ildə 5,6 mlrd. kubmetr qaz nəqli oluna bilər.
"Bloomberg" agentliyi isə öz mənbəyinə istinadən "Qazprom"un birinci xətlə bu il oktyabrın 1-dən, hər iki xətlə isə dekabrın 1-dən qaz nəqli etməyi planlaşdırdığı barədə məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın sanksiya təhlükəsi ilə əlaqədar İsveçrənin "Allseas" şirkəti boruların döşənməsindən imtina etdiyinə görə kəmərin tikintisi 2019-cu ilin dekabrında dayandırılmışdı.
2020-ci ilin dekabrından istə tikinti işləri yenidən bərpa olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.