Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan növbəti 4 ildə dövlət borcunun ödənilməsinə 7,2 milyard manat yönəldəcək

Baxış: 258

2022-2024-cü illərdə ortamüddətli dövr üzrə Azərbaycanın dövlət büdcəsindən dövlət borclarına xidmətlə bağlı xərclərə 7 milyard 214 milyon manat yönəldilməsi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

2022-ci ildə dövlət borclarına xidmətlə bağlı 1 milyard 912 milyon manat, 2023-cü ildə 1 milyard 792 milyon manat, 2024-cü ildə 1 milyard 814 milyon manat, 2025-ci ildə isə 1 milyard 696 milyon manat yönəldilməsi proqnozlaşdırılır.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət borcunun ödənilməsinə 883,5 milyon manatdan çox vəsait yönəldib. İlin ikinci yarısında daha 1 milyard 315 milyon manatın dövlət borcunun ödənilməsinə yönəlməsi gözlənilir.
Əlavə edək ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat, o cümlədən cari xərclər 18 milyard 24 milyon manat, əsaslı xərclər 8 milyard 320 milyon manat, dövlət borclarına xidmətlə bağlı xərclər isə 2 milyard 199  milyon manat səviyyəsində müəyyənləşdirilib.
Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu (xarici və daxili) 17 milyard 352 milyon manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8 milyard 603 milyon ABŞ dolları (14 milyard 626 milyon manat) və ya ÜDM-in 18,2%-ini təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.