Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycandan Rusiyaya bir sıra məhsulların ixracında artım var


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.
AQTA-dan verilən məlumata görə, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin müvafiq dövrü ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. 
Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 37677,93 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 129 faiz artım deməkdir. Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 21 faiz (32654,52 ton), kartof məhsulu üzrə 23 faiz (85015,5 ton), xiyar və kornişon məhsulu üzrə 112 faiz (3884,46 ton), şaftalı və nektarin məhsulu üzrə 182 faiz (19040,45 ton), qarpız məhsulu üzrə 151 faiz (6930,82 ton), təzə üzüm məhsulu üzrə 178 faiz (2905,16 ton), gavalı və göyəm məhsulu üzrə 47 faiz (5304,07 ton), çiyələk məhsulu üzrə 122 faiz (4686,05 ton), armud məhsulu üzrə isə 177 faiz (3088,6 ton) artıb.
Qeyd edək ki, 2021-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan xurma məhsulunun 51 faizi, alma məhsulunun 99 faizi, kartof məhsulunun 43 faizi, xiyar və kornişon məhsulunun 62 faizi, şaftalı və nektarin məhsulunun 99,9 faizi, qarpız məhsulunun 99,6 faizi, təzə üzüm məhsulunun 100 faizi, gavalı və göyəm məhsulunun 96 faizi, çiyələk məhsulunun 100 faizi, armud məhsulunun 97 faizi avtomobil yolu, xurma məhsulunun 49 faizi, alma məhsulunun 1 faizi, kartof məhsulunun 57 faizi, xiyar və kornişon məhsulunun 38 faizi, şaftalı və nektarin məhsulunun 0,01 faizi, qarpız məhsulunun 0,4 faizi, gavalı və göyəm məhsulunun 4 faizi, armud məhsulunun 3 faizi dəmir yolu vasitəsilə daşınıb. Çiyələk və təzə üzüm məhsullarının daşınması zamanı dəmiryolu nəqliyyatından istifadə olunmayıb. Həmçinin Rusiyaya ixrac olunan 114531,58 ton pomidor məhsulunun 100 faizi də avtomobil nəqliyyatı ilə daşınıb.


Tarix: 9-09-2021, 17:04 Oxunub: 194


Bölməyə aid digər xəbərlər