Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi AÇIQLANDI

Baxış: 210
Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynaya 170,5 milyon ABŞ dolları məbləğində birbaşa investisiya qoyub.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasından məlumat verilib.
Ukrayna İqtisadiyyat nazirinin müavini İrina Novikovanın Assosiasiya rəhbəri Cəlal Hüseynovun məktubuna rəsmi cavabında bildirilir ki, bu göstərici, 2020-ci ilin sonu ilə müqayisədə 0,5 % çox, 2019-cu ilin sonu ilə müqayisədə isə 12,2 % azdır.
Ümumiyyətlə, Azərbaycan son bir neçə il ərzində Ukraynaya, təxminən, 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub. Azərbaycanda 215 şirkətinin fəaliyyət göstərdiyi Ukrayna isə ölkəmizə cəmi 25 milyon ABŞ dolları sərmayə yatırıb.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında xarici ticarət dövriyyəsi 466,943 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 10 % azdır. Bunun 210,379 milyon ABŞ dolları ixracın, 256,563 milyon ABŞ dolları isə idxalın payına düşüb. Hesabat dövründə ixrac 22,9 % az, idxal isə 4,3 % artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.