"Qazaxıstan iqtisadiyyatı inflyasiyanın nəzarətsiz artımı ilə üzləşib, bu sahədə hökumət öz gücsüzlüyünü göstərib".Sahibkartv.az xəbər verir ki, bunu çərşənbə günü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa illik müraciətində bildirib.
“İnflyasiyanın nəzarətsiz artımı ilə qarşılaşırıq. Milli Bank və hökumət qlobal tendensiyalara istinad edərək qarşısında aciz qaldı. Bu kimi hallar milli iqtisadiyyatın zəifliyini göstərir", - deyib.
Tokayevin sözlərinə görə, Milli Bankın və Nazirlər Kabinetinin əsas vəzifəsi inflyasiyanı 4-6% dəhlizinə qaytarmaqdır.
“Böhran əleyhinə tədbirlərin həyata keçirilməsi nəticəsində 6,3 trilyon tengə (14,8 milyard dollar) məbləğində iqtisadiyyatda artıq pul kütləsi yaranıb", - dövlət başçısı deyib.
İyun ayının sonunda Qazaxıstanda illik inflyasiya 7,9%, bir ay əvvəl bu rəqəm 7,2% səviyyəsində idi.





































