Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ukraynadan xarici ölkələrə pul köçürülən ölkələr sırasında Azərbaycan ilk beşlikdədir

Baxış: 250
2021-ci ilin yanvar-iyun aylarında Ukraynadan xaricə pul köçürmə sistemləri vasitəsilə 290 milyon dollar göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz çoxdur.
Sahibkartv.az “RBK-Ukrayna” saytına istinadla xəbər verir ki, Ukrayna Milli Bankının məlumatına əsasən pul köçürülən xarici ölkələr arasında Azərbaycan 4-cü yerdədir. Ən çox pul köçürmə Rusiyaya (29 faiz) olub. Sonrakı yerlərdə Gürcüstan (17 faiz), Türkiyə (5 faiz), Azərbaycan (5 faiz), Polşa (4 faiz) gəlir.
Pul köçürmə sistemləri vasitəsilə Ukraynaya 1,470 milyon dollar göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.