Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Piter Teys: “Füzuli hava limanı regionun iqtisadi inkişafı üçün böyük potensiala malikdir”

Baxış: 361

“Füzuli rayonunda beynəlxalq hava limanının tez və keyfiyyətli şəkildə tikilməsi rəsmi Bakının azad olunmuş regionların hərtərəfli inkişafına strateji yönəlməsini nümayiş etdirir”.
Bu barədə “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda qısa zamanda, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının tikilməsi görünməmiş hadisədir və azad edilmiş torpaqlarda aparılan bərpa işlərinin miqyasını bir daha nümayiş etdirir.
Hava limanının tikintisinə bu il başlanılıb və onun sentyabr ayında təhvil verilməsi planlaşdırılır.
Ekspertin fikrincə, beynəlxalq hava limanı regionun iqtisadi inkişafı üçün böyük potensiala malikdir və turizmin inkişafına təsir göstərəcək.
O deyib ki, bu hava limanının sayəsində yerli sakinlər münasib qiymətlərə başqa ölkələrə səfər etmək imkanı qazanacaqlar:
“Eyni qaydada, yerli iş adamları öz məhsullarını beynəlxalq bazara çıxarmaq imkanı əldə edəcəklər”.
Piter Teys əlavə edib ki, rəsmi Bakı etibarlı ticarət tərəfdaşı kimi öz rolunu bütün dünyaya sübut edir və regionda gəlirli kommersiya layihələrinin işə salınması üçün şərait yaradır.
“Zəfər yolu daim artmaqda olan iqtisadiyyatın arteriyasıdır. Şuşa böyük mədəniyyət mərkəzi olacaq, onun zəngin tarixi irsi isə o qədər qonaq cəlb edəcək ki, bura Avropanın turizm istiqamətləri xəritəsində cəlbedici mirvariyə çevriləcək”, - politoloq vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.