
Bazar ertəsi günü Avropada qazın qiyməti 1000 kubmetr üçün 590 dollar həddini aşıb. Marja xəbər verir ki, bunu London birjasının ICE məlumatları sübut edir.
Sahibkartv.az xəbər verir ki, 30 avqust səhəri oktyabr fyuçerslərinin dəyəri 592 dollara çatıb.
Ötən həftə Avropada qazın qiyməti 1000 kubmetr üçün 580 dollara çatmışdı.
Avropada qazın bahalaşmasının səbəbi Rusiyanın "Qazprom" şirkətinin qaz ixracını, o cümlədən Ukrayna üzərindən qaz ixracını artırmamasıdır.





































