Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xarici investorlar ardıcıl 9-cu həftədir vəsaitlərini Rusiyadan çıxarır

Baxış: 307
Təkcə son həftədə 80 milyon dollar çıxarılıb...
Son həftələrdə Rusiya aktivlərinə və borc kağızlarına sərmayə yatıran xarici investorlar öz vəsaitlərini ölkədən çıxarırlar.
Sahibkartv.az xəbər verir ki, bu barədə investisiya bankı və broker qrupu BSC Global Markets-in hesabatında bildirilir.
Son bir həftədə 80 milyon dollar, daha öncəki həftədə isə 70 milyon dollar xarici investorlar tərəfindən çıxarılıb. Ardıcıl 9-cu həftədir baş verən prosesdə artıq ölkədən çıxarılan vəsaitin həcmi 500 milyon dollara çatıb. Bu, son 2 ildə baş verən ikinci belə uzunmüddətli haldır.
2019-cu ilin 2-ci yarısında xarici investorlar Rusiya əleyhinə sanksiyalardan ehtiyat edərək, 14 həftə ərzində ölkə iqtisadiyyatından 850 milyon dollar vəsait çıxarmışdılar. Hazırda baş verən prosesdə sanksiyalar əsas deyil, ikinci dərəcəli təkanverici amildir. İnvestorları narahat edən başlıca məqam ölkə iqtisadiyyatının pandemiyadan sonra zəif templə bərpası və ÜDM-in artım dərəcəsinin aşağı olmasıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.