Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Banklar valyuta hərracında daha çox dollar aldılar - TƏLƏB ARTIB

Baxış: 403

24 Avqust 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sahibkartv.az xəbər verir ki, hərracda tələb 74,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 19 Avqust 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 60,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.17 avqust 2021-ci il tarixində keçirilmiş valyuta hərracında isə tələb 45,3 milyon dollar olmuşdu.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 60 valyuta hərracında banklara 3 milyard 591,62 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.