Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

KOB inkişaf mərkəzləri tərəfindən biznes planın hazırlanması üçün ödənişsiz dəstək göstərilir

Baxış: 320
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2020-ci ildə 150-yə yaxın, 2021-ci ilin birinci yarısında isə 120-dən çox biznes planın hazırlanmasında sahibkarlıq subyektlərinə dəstək göstərilib.
Sahibkartv.az xəbər verir ki, bu biznes planlar əsasında Bakı şəhəri və regionlarda yeni biznes sahələri yaradılır və mövcud sahibkarlıq fəaliyyəti genişləndirilir. Agentlik müvafiq biznes planların maliyyə resurslarına yönləndirilməsində də KOB subyektlərinə dəstək göstərir.
Sahibkarlıq subyektləri biznes planın hazırlanmasına köməklik üçün KOBİA-nın ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. KOB inkişaf mərkəzlərinin ekspertləri tərəfindən biznes planın hazırlanması üçün sahibkarlara ödənişsiz olaraq dəstək göstərilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.