Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda 1 200 manatlıq sahə üçün yığımlar yeddi manatdan başlayır - MƏBLƏĞLƏR

Baxış: 246

Azərbaycanda fermerlər əkin sahələrini və yığılacaq məhsulu yanğın, dolu, zərərvericilər, xəstəliklər və üçüncü şəxslərin vurduğu zərərdən qorumaq üçün aqrar sığortaya müraciət edə bilərlər.
Aqrar Sığorta Fondundan Sahibkartv.az-a bir hektar taxıl sahəsinin sığortalanmasının neçəyə başa gəldiyi barədə məlumat verilib.
Belə ki, təqribən 1 200 manatlıq taxıl yığılan sahə üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) aşağıdakı kimidir:
Qarabağ regionu - 10 manat;
Şərqi Zəngəzur regionu - 10 manat;
Şəki-Zaqatalada - 16-17 manat;
Lənkəran-Astara region - 7 manat;
Qazax-Tovuz ərazisi - 24-25 manat;
Mərkəzi Aran rayonları - 8 manat;
Quba-Xaçmaz bölgəsi - 7 manat;
Mil-Muğan regionunda - 8 manat;
Abşeron-Xızı bölgəsində - 7 manat;
Gəncə-Daşkəsən regionunda - 24-25 manat;
Şirvan-Salyan zonasında - 8 manat;
Dağlıq Şirvan bölgəsində - 11-12 manat;
Bakıda - 7 manat.
Fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizinin ödənişi isə fermerlərə dəstək üçün dövlət tərəfindən ediləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.