Day, Month 00, Year
00: 00: 00 AM
Pomidor bu il 128 milyon dollardan çox valyuta gətirib


2021-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycandan 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton pomidor ixrac olunub.  
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin 7 ayı ilə müqayisədə 2021-ci ilin 7 ayında dəyər ifadəsilə23%, miqdar ifadəsilə 22,5% azalıb. 2020-ci ilin 7 ayında Azərbaycandan 166 milyon 546 min dollar dəyərində 153 min 528 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olmuşdur. Rusiyanın məhdudiyyətləri ləğv etməsilə Maydan pomidor ixracı sürətlənib, lakin indiyədək ötənilki səviyyələri aşa bilməyib.
İyulda yenidən pomidor ixracının aylıq həcminin azaldığı müçahidə edilib. Belə ki, ötən ay cəmi 4 milyon 572 min dollar dəyərində 5 min 203 ton pomidor ixrac edilib. 


Tarix: 16-08-2021, 13:24 Oxunub: 163


Bölməyə aid digər xəbərlər