Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Rusiya balınının əsas istehlakçılarından biridir

Baxış: 340
Bu ilin yanvar-may aylarında Rusiya balını əsas istehlakçılarının siyahısında Azərbaycan 9-cü yerdə olub.
Xarici mətbuat xəbər verir ki, həmin dövr ərzində Azərbaycana 23 ton bal tədarük edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 432% çoxdur.
Hesabat dövründə Rusiyanın bal ixracı 2 dəfə artaraq 1 443 tona çatıb. Əsas istehlakçılar keçmiş sovet respublikaları olub. Onların ümumi ixracdakı payı 41 %-dən 53 %-ə kimi artıb. Bu ölkələrə tədarük 159 % artaraq 755 tona çatıb. Əsas istehlakçılar 364 tonla (+123 %) Qazaxıstan, Çin (323 ton, +6 %) və Belarus (248 ton, +106 %) olub.
Rusiya balının idxalı üzrə ən yüksək artım tepmini Avropa İtiffaqı (Aİ) göstərib. Aİ bir ildə Rusiya balının ixracındakı payını 2 %-dən 15 %-ə çatdırıb. Bu, daha çox Polşa (141 ton) və Almaniyaya (21 ton) bal ixracına başlanması ilə əlaqədardır. Çexiyaya ixrac 153 % artaraq 42 ton təşkil edib. Hər üç ölkə Rusiya balını idxal edən ölkələrin ilk onluğunda qərarlaşıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.