Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş nazirin istefa edəcəyi xəbəri yayıldı, ölkənin pul vahidi kəskin ucuzlaşdı

Baxış: 349
Malayziyada baş nazirin istefa planı ölkəni siyasi qeyri-müəyyənliyin astanasına gətirib.
Sahibkartv.az xəbər verir ki, Malayziyada bir müddətdi müzakirə mövzusu olan Baş nazir Muhyiddin Yasinin, Sentyabrda keçiriləcək güvən səsverməsi üçün müxalifət partiyalarından dəstək tələbinin rədd edilməsinə görə istefa verəcəyi iddia edilib.
Baş nazir Yasinin istefa planını partiya üzvlərinə bildirilib. Bloomberg-ə danışan bir rəsmi Baş nazir Yasinin Kral ilə görüşüb istefa məktubunu təqdim edəcəyini deyib.
Xəbər axışı Malayziya aktivlərinə mənfi təsir edib. Malayziyanın pul vahidi ringgit dollar qarşısında bir ilin ən aşağı səviyyəsinə geriləyib, Malayziya Birjası düşüb.
İqtisadçılar, ölkədəki siyasi qeyri-müəyyənliyin Malayziya aktivlərinə mənfi təsir etməsinin qaçlmaz olduğunu vurğulayırlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.