17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Trading” XXVI Beynəlxalq “Türkmənistan Neft və Qaz” konfransının əsas tərəfdaşı elan edilib.
Sahibkartv.az xəbər verir ki, bu barədə Türkmənistan mətbuatında məqalə yayımlanıb.
Bildirilib ki, baş ofisi İsveçrədə yerləşən “SOCAR Trading” 2007-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marketinq qolu kimi qeydiyyata alınıb və “Azəri-Çıraq-Günəşli”, həmçinin Azərbaycanın digər yataqlarından hasil edilən neftin alqı-satqısı məqsədi ilə yaradılıb. Şirkət beynəlxalq bazarda mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirib, hazırda Türkmənistan ilə neft və neft məhsulları sektorunda da uzunmüddətli əməkdaşlığa sahibdir.
“SOCAR Trading” logistika əməliyyatlarına sərmayə qoymaqla üçüncü tərəflərin neft və neft məhsullarının alqı-satqısı və emal əməliyyatlarında iştirak etməkdə əhəmiyyətli irəliləyiş əldə edib. Şirkət həmçinin Azərbaycan neftinin Qərb İxrac Boru kəməri ilə Gürcüstana, Bakı-Tbilisi-Ceyhan (BTC) ilə Türkiyəyə və Bakı-Novorossiysk neft kəməri ilə Rusiyaya tədarükündə iştirak edir.
Qeyd edilib ki, “SOCAR Trading” dövlət müəssisəsi və müstəqil əmtəə ticarəti ilə məşğul olan şirkətin üstünlüklərini unikal şəkildə özündə birləşdirib. “SOCAR Trading” kompleks İT sistemləri və daxili nəzarət strukturu, yüksək ixtisaslı mütəxəssislər və idarə heyəti ilə yaxşı əlaqələndirilmiş iş sayəsində qlobal enerji ticarətində ən uğurlu şirkətlərdən birinə çevrilib. Şirkət öz işinə məsuliyyətlə yanaşır. Son illərdə risklərin idarə edilməsi, nəzarət və tənzimləyici tələblərə riayət edilməsi üçün xeyli vaxt və resurs sərf edib. Bu, əsasən sənaye mütəxəssislərinin işə cəlb edilməsi və inkişaf etmiş İT dəstək sistemlərinin tətbiqi ilə əldə edilib.
“SOCAR Trading” dünyanın hər yerində yüksək səviyyəli Avropa və qlobal banklar, eləcə də Türkmənistan kimi digər dövlətlər ilə əməkdaşlıq edərək ortaqlıq və işgüzar əlaqələr qurub. Şirkət Xəzər dənizi bölgəsində ticarət axını yaratmaq üçün bir neçə infrastruktur layihələrinə sərmayə qoyub.
Dəyər zəncirinin bütün mərhələlərində iştirak edən “SOCAR Trading” 2021-2033-cü illərdə neft və LNG ticarətini artırmaqla, neft məhsulları ticarətini inkişaf etdirməklə, Cənub və Şərqi Avropada qaz ticarətində mövqeyini daha da möhkəmləndirməklə fəaliyyətini genişləndirməyə doğru istiqamətlənib.
“SOCAR Trading”in 2021-ci ilin yanvar ayında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycan və Türkmənistan arasındakı ticarətin artmasında daha da əhəmiyyətli rol oynayacağı gözlənilir.
May ayında Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz İnvestisiya Forumunda “Dostluq” yatağının işlənməsinin ölkənin qərbə təbii qaz ixrac etməsi üçün yeni imkanlar açacağı qeyd edilib.
Bölməyə aid digər xəbərlər