21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
SOCAR İsveçrənin enerji təminatında fəal iştirak edən iki şirkətlə birgə gücü 10 MVt-a qədər olan elektroliz zavodu layihəsində iştirak edəcək.
Sahibkartv.az-ın məlumata görə, Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Energy Switzerland” həmin zavodu İsveçrənin Avropada lider enerji istehsalçılarından biri olan “Alpiq” və ölkənin əsas enerji təminatçılarından olan “EW Höfe” ilə birgə Freinbax şəhərində 2022-ci ilin sonunda istismara verməyi planlaşdırır.
Zavodun tikintisi başa çatdıqdan sonra sıfır emissiya imkanı verən illik 1000-1200 ton arasında yaşıl hidrogen istehsal edəcək. Eləcə də, bu sistem hazırda ölkədə qurulan regional istilik şəbəkəsinə daxil olacaq. Beləliklə, zavod ümumi səmərəlilik baxımından yeni standartlar müəyyənləşdirəcək və İsveçrənin iqlim dostu enerji təminatına mühüm töhfə verəcək.
Enerji keçidi kontekstində yaşıl hidrogen az emissiyalı və maksimum aşağı karbon fəaliyyətinin açarlarından biri hesab edilir. Bu zavodun qurulmasının Paris İqlim Sazişinin məqsədlərinə çatmaq üçün vacib amil olduğu nəzərə çatdırılır.
Zavod ölkədə yaşıl hidrogen istehsalı üçün nəzərdə tutulan ən böyük zavod olacaq və yüksək hasilata sahib olacaq. Bununla da SOCAR İsveçrədə yaşıl hidrogen istehsalını yeni səviyyəyə qaldırmağa təkan verəcək.
Hasilatdan əldə edilən hidrogen əsasən nəqliyyatda istifadə ediləcək. Layihənin icrası ilə birgə şəhərin magistral yolunun hər iki tərəfində hidrogen yanacaqdoldurma məntəqələrinin quraşdırılması gözlənilir. Zavodda istehsal edilən məhsul İsveçrədəki digər hidrogen yanacaq stansiyalarına da veriləcək.
Bölməyə aid digər xəbərlər