Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dollar yenidən qüvvətlənə bilər

Baxış: 372
Dollar indeksindəki geriləmənin davam etməsi fonunda EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyası müşahidə olunur. Lakin analitiklərin fikrincə FED-in bu günki toplantısında monetar siyasətlə bağlı şahin fikirlər yer alacağı təqdirdə dollar yenidən dünya birjalarında qüvvətlənə bilər.
FED-in monetar siyasətindəki qeyri-müəyyənlik, Avrozona iqtisadiyyatındakı risklər fonunda investorlar qızıldakı mövqelərini qoruyurlar. Bu amil qızılda artım tendensiyasını dəstəkləyə bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1810$ həddininin üzərində möhkəmlənə bilsə, 1823$-a kimi bahalaşa bilər.
Kriptovalyuta birjalarında çərşənbə axşamı yaşanan artımlar fonunda Bitkoin yenidən 40000$ həddini test etdi. Əgər bu həddin üzərində möhkəmlənə bilərsə, artım tendensiyasının 45000$-a kimi davam edəcəyi ehtimal olunur.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.